Azərbaycanda peyvənd olunanların sayı açıqlandı

6 Mart 2021 12:31

Martın 5-də Azərbaycan Respublikasında yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 27,073 nəfər vaksinasiya olunub.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 390,489 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya Respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

Milli.Az