Muğanbank yanğınla bağlı açıqlama yaydı

6 Mart 2021 09:57

Muğanbank Abşeron rayonunda yerləşən "Ticarət" filialındakı yanğınla bağlı açıqlama yayıb.

Milli.Az xəbər verir ki, məlumatda qeyd edilir ki, 05.03.2021 tarixində saat 22:00 radələrində Muğanbankın Abşeron rayonunda yerləşən "Ticarət" filialının köməkçi otağında, ehtimala görə, qısaqapanma nəticəsində alışma baş verib.

Hadisə yerinə dərhal FHN əməkdaşları və polis cəlb edilib. Təxirəsalınmaz tədbirlər nəticəsində alışma
söndürülüb.

Köməkçi otaqda yerləşən kondisioner və istifadə olunmayan mebel yararsız hala düşüb.
Bank rəhbərliyi FHN və DİN əməkdaşlarına vaxtında müdaxilə nəticəsində ciddi maddi ziyanın qarşısını aldıqlarına görə öz minnətdarlığını bildirir.

Milli.Az