Bakıda tanker-muzey fəaliyyətə başlayır - VİDEO

6 Mart 2021 15:50

Bakıda dünyada ilk tanker-muzey fəaliyyətə başlayır. 

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, "Suraxanı" gəmi-muzeyi yaxın günlərdə ziyarətçilərin üzünə açılacaq və bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Bir zamanlar Xəzərdə üzən "Suraxanı" gəmisi dünyanın ilk tankeri "Zoroastr"la əsası qoyulan Azərbaycanın dənizlə neftdaşıma tarixində mühüm rol oynayıb. Uzunluğu 123,5 metr, dedveyti isə 4696 ton olan "Suraxanı" tankeri Xəzər dənizində 1957-ci ildən istismara verilən "Mühəndis A.Pustoşkin" tipli gəmidən biridir. Elə buna görə də Bakıda fəaliyyətə başlayacaq tanker gəminin muzey hissəsini məhz "Suraxanı" təşkil edəcək.  

Qeyd edək ki, şəhid ailələri, Vətən müharibəsi iştirakçılarının ailələrinə giriş ödənişsiz olacaq.

Milli.Az