Daha bir ölkədə zəlzələ

6 Mart 2021 11:05

Qırğızıstanda 4,9 maqnitudalı zəlzələ olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:13-də (Bakı vaxtı ilə saat 05:13-də-red.) qeydə alınıb. Zəlzələnin episentri Almatı şəhərindən 95 kilometr cənubi-şərqdə, ocağı isə 5 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Daha əvvəl Yeni Zelandiya sahillərində güclü zəlzələ qeydə alınmışdı. 

Milli.Az