"Yaxşı yalan danışıram"

6 Mart 2021 09:26

Hazırda "Akıncı" serialında rol alan aktrisa Büşra Develi "YouTube" da yayımlanan verilişlərin birində maraqlı açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa yaxşı yalan danışa bildiyini deyib:

"Telefonda kimsə çox uzun danışsa, uçuş rejiminə qoyuram. Daha sonra yığıb, batareyanın öldüyünü deyirəm. Vəziyyətdən çıxmaq üçün çox yaxşı yalan danışıram. Amma yalançı deyiləm".

Milli.Az