Masallıda ikimərtəbəli evdə yanğın olub

6 Mart 2021 08:49

Masallı rayonunun Böyük Kolatan kəndində ümumi sahəsi 120 m² olan ikimərtəbəli evin 2-ci mərtəbəsində 1 otağın tavanı və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə, ev əşyaları qismən yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az