Mübariz Mənsimov bir ildən sonra evində... - VİDEO

6 Mart 2021 07:29

Ötən gün məhkəmənin qərarına əsasən, 5 il müddətinə şərti cəza alaraq azadlığa çıxan azərbaycanlı iş adamı Mübariz Mənsimov artıq evindədir.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Mənsimov evinə gələrək 1 ildən sonra ailə üzvləri ilə görüşüb.

Qeyd edək ki, "Palmali"nin prezidenti ötən ilin martında FETÖ terror təşkilatına üzv olmaqda ittiham edilərək saxlanılmışdı.

Milli.Az