“Muğanbank”ın filialı yandı - FOTO

6 Mart 2021 07:26

Abşeron rayonunda bank ofisində yanğın olub.

Milli.Az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli şüşə və plastik konstruksiyalardan ibarət tikilinin bir otağında kondisioner və ofis avadanlıqları yanıb.

Yanğın söndürülüb.

Qeyd edək ki, sözügedən ofis "Muğanbank"a məxsusdur.

Fotolar: APA

Milli.Az