30 balıqçının olduğu Rusiyaya məxsus gəmi yanıb

6 Mart 2021 08:18

Yapon dənizində - Askold adasının 12 milliyində 30 balıqçının olduğu Rusiyaya məxsus gəmi yanıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb.

İlkin məlumatlara görə, itki yoxdur, heyət üzvləri evakuasiya edilib.

FHN-in xilasetmə gəmisi yanğının söndürülməsinə başlayıb.

Qeyd edək ki, Nəqliyyat Prokurorluğu tərəfindən üzgüçülük təhlükəsizliyi ilə bağlı qanunvericiliyin icrasını yoxlayır.

Milli.Az