Bakıda küçədə huşsuz vəziyyətdə bıçaqlanmış şəxs aşkar edilib

6 Mart 2021 08:13

Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində küçədə bıçaq yarası almış huşsuz vəziyyətdə bir nəfər şəxs aşkar edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə qəsəbənin Albalılıq yaşayış massivində qeydə alınıb.

Ərazidə xidmət aparan Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yaralı 1989-cu il təvəllüdlü Süleymanov Zülfüqar Rasim oğlunu 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Ona döş qəfəsinin bir neçə kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub.

Hazırda Sabunçu Rayon Polis İdarəsi faktı araşdırır.

Milli.Az