Bakıda məşhur bankda yanğın - Hadisə yerindən FOTOlar

5 Mart 2021 23:50

Abşeron rayon Mühafizə Polis İdarəsinə rayon ərazisində yanğınla bağlı həyəcan siqnalı daxil olub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, idarənin polis əməkdaşları dərhal hadisə yerinə cəlb edilib.

Məlum olub ki, "Muğan Bank"ın Abşeron rayonunda yerləşən filialının inzibati binasında yanğın baş verib.

Abşeron rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbəli şüşə və plastik konstruksiyalardan ibarət tikilinin 1 otağında kondisioner və ofis avadanlıqları yanıb.

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, yanğın söndürülüb.

Bank rəhbərliyi və Abşeron Rayon Polis İdarəsinin məsul şəxsləri hazırda yanğının başvermə səbəblərini araşdırır. 

Milli.Az