Tomas Müller karintini zirzəmidə keçirib

5 Mart 2021 18:59

Almaniya millisinin və "Bavariya" klubunun futbolçusu Tomas Müllerin koronavirusla bağlı karantini necə keçirdiyi bəlli olub.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, bunu təcrübəli oyunçunun özü açıqlayıb.

O bildirib ki, iki həftəlik karantin dövrünü öz evinin zirzəmisində məskunlaşıb. O, bu addımı həyat yoldaşını yoluxdurmamaq üçün edib: "Bəli, mən zirzəmidə yaşayırdım. Heç kimlə hər hansı bir təmasım yox idi. Bəxtim gətirdi ki, məndə bu xəstəliyin yüngül simptomları oldu".

Milli.Az