Bakıda qanunsuz kazino aşkarlandı

27 Aprel 2010 18:58
Vergi orqanları əməkdaşlarının həyata keçirdikləri reyd zamanı paytaxtın Süleyman Rəhimov küçəsində Vəzir Qaranizadənin icarəyə götürərək ofis kimi istifadəyə etdiyi mənzilin əslində kazino xidmətləri göstərdiyi məlum olub.

Ofisdə 10 ədəd oyun avtomatı, onların açarları və qanunsuz fəaliyyəti sübuta yetirən gəlir və xərclər kitabı da müəyyən edilib. Aparılan ilkin araşdırma zamanı ofisi icarəyə götürən şəxslər kazinonun vergi orqanlarında uçota durmadan qanunsuz fəaliyyət göstərdiyini etiraf ediblər.

İTV