Moldovanın “Eurovision” təmsilçisi Fərid Məmmədovdan oxudu - VİDEO

5 Mart 2021 18:34

"Eurovision" mahnı müsabiqəsinin iştirakçısı Nataliya Qordiyenko Moldova adına yarışacaq mahnısının təqdimat mərasimində Fərid Məmmədovun repertuarına müraciət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, "Sugar" adlı mahnı və klipinin premyerasında Azərbaycana 2013-cü ildə ikincilik gətirən "Hold me" mahnısını səsləndirib.

Qeyd edək ki, layihənin tanıtım gecəsi Moskvada baş tutub. Nataliya müsabiqə dövründə Rusiyanın Xalq artisti Filipp Kirkorovun "Dream Team" şirkəti ilə əməkdaşlıq edir.

Milli.Az