Tanınmış aktrisa öldü

5 Mart 2021 16:37

Britaniyanın məşhur aktrisası Nicola Pagett vəfat edib.

Milli.Az Mirror-a istinadla xəbər verir ki, aktrisa 75 yaşında dünyasını dəyişib. Beynində şiş əmələ gələn aktrisanın həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, o, ITV kanalının məşhur serialı "Upstairs, Downstairs"dakı rolu ilə şöhrət qazanıb.

İsmayıl
Milli.Az