"Yuventus"da itki

5 Mart 2021 17:24

"Yuventus"un bir futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Turin təmsilçisinin yarımmüdafiəçisi Rodriqo Bentankur koronavirusa yoluxub.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Uruqvaylı futbolçunun səhhəti yaxşıdır və o, karantinə alınıb.
 
Xatırladaq ki, "Yuventus"da daha öncə də bəzi futbolçularda COVİD-19 aşkarlanıb və sağalıblar.

Milli.Az