Sofianın 8 ildir davam edən embrion davası bitdi

5 Mart 2021 16:29

Aktrisa Sofia Verqara  2013-cü ildə sevgilsi, iş adamı Nick Loeblə nişanlanıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, daha sonra cütlük suraqat ana vasitəsiylə uşaq sahibi olmaq üçün xəstəxanaya müraciət edib. Həkimlər Verqaranın yumurtası ilə Nikin spermasını embrion formasına salaraq dondurublar.

6 ay sonra cütlüyün arasında yaranan mübahisə onların ayrılmasına səbəb olub. Nik Sofiadan ayrılsa belə, ata olmaq üçün o embriondan istifadə etməyə çalışıb. Bundan xəbər tutan aktrisa Verqara Loebi icazəsiz belə addım atdığı üçün məhkəməyə verib.

Uzun illərdir davam edən məhkəmədə nəhayət son qərar Sofianın xeyrinə qəbul edilib.

Milli.Az