Ramiz Mehdiyev və Siyavuş Novruzov YAP-ın yeni İdarə Heyətində yer almayıb

5 Mart 2021 13:15

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətindən çıxarılan şəxslərin adları məlum olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, İdarə Heyətinin keçmiş üzvləri Ramiz Mehdiyev və Siyavuş Novruzov yeni təsdiqlənən İdarə Heyətində yer almayıb.

Ramiz Mehdiyev yeni yaradılan Veteranlar Şurasının üzvü seçilib.

Milli.Az