11 şəhidin cənazəsi doğulduqları rayonlara yola salındı

5 Mart 2021 14:04

Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan 11 hərbçinin nəşi doğulduqları rayonlara yola salınıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, şəhidlərin nəşi Bitlis şəhərinin Tatvan Dövlət Xəstəxanasından ambulanslarla Elazığ şəhərinə aparılıb.

Oradan isə dəfn ediləcəkləri məmləkətlərinə yola salınıb.

Qeyd edək ki, martın 4-də Türkiyənin Bingöl şəhərindən qalxan hərbi helikopter Bitlis şəhərinin Tatvan rayonunda qəzaya uğrayıb. Hadisə nəticəsində general-leytenant Osman Ərbaş da olmaqla 11 hərbçi şəhid olub, 2 hərbçi yaralanıb.

Milli.Az