"Facebook" qadağanı ləğv edir

5 Mart 2021 20:37

"Facebook" platformasında siyasi reklamlara qoyulan qadağanı ləğv edir.

Milli.Az xəbər verir ki, bu barədə "The Hill" şirkətin açıqlamasına istinadən xəbər yayır.

"Bu müvəqqəti qadağanı seçki günündən sonra qarışıqlıq və sui-istifadə hallarının qarşısını almaq üçün 2020-ci ilin noyabr seçkilərindən sonra tətbiq etdik", - deyə şirkətdən bildirilib.

Daha əvvəl "Google" bu ilin yanvarında ABŞ Konqresinin binasına hücumdan sonra tətbiq olunan oxşar qadağanı ləğv edib. (publika.az)

Milli.Az