Dadaşova Aygün Kazımovadan kömək istədi

5 Mart 2021 13:24

Müğənni Səidə Dadaşova Xalq artisti Aygün Kazımova ilə bağlı gözlənilməz açıqlama verib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, sənətçi "7 canlı" proqramında Xalq artisti Aygün Kazımovadan kömək istədiyini söyləyib:

"Aygün Kazımovanın sənətini çox sevirəm. Gözəl insan və Azərbaycanın divasıdır. O xanımın avazı, danışıq tərzi fərqlidir. Ona yazdım ki, sizin bir-iki mahnınızı oxumaq istəyirəm. Mənə dedi ki, qurbandır, heç soruşmasan da olar. İcazə verdi ki, istənilən mahnıma müraciət edə bilərsən".

Qeyd edək ki, Xalq artisti Brilliant Dadaşova Səidənin xalasıdır. Brilliantla Aygün isə illərdir küsülüdür. S.Dadaşova ilə B.Dadaşovanın da münasibətləri yaxşı deyil.

Milli.Az