Ötən gün ölkə ərazisində 34 yanğın olub, 1 nəfər öülb

5 Mart 2021 12:49

Ötən gün ölkə ərazisində 34 yanğın hadisəsi baş verib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən bildiriblər. Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 34 yanğına çıxış əməliyyatları həyata keçirilib:

"Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində köməksiz vəziyyətdə qalmış 1 nəfər xilas edilib, 1 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib".

Milli.Az