"Çelsi"yə məğlubiyyət ciddi zərbədir" - Klopp

5 Mart 2021 12:39

"Hər şeyi Meyson Mauntun fərdi ustalığı həll etdi. Oyun bərabər səviyyədə və gərgin keçdi. Bizim şanslarımız daha çox idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Liverpul"un baş məşqçisi Yurgen Klopp İngiltərə Premyer Liqasının 27-ci turunda evdə "Çelsi"yə uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

Almaniyalı mütəxəssis bu məğlubiyyətin artıq ciddi zərbə olduğunu bildirib: "Manenin qol vurmaq üçün əla şansı var idi. Bir çox epizodlarda qol şansından yararlanam bilmədik.  Evdə oynadığımız üçün daha çox hücum etməliydik. Son ötürmələrə qədər hər şey qaydasında idi. Bu məğlubiyyət ciddi bir zərbədir, ancaq son deyil".

Qeyd edək ki, uğursuz mövsüm keçirən "Liverpul" 27 oyuna 43 xalla Premyer Liqada 7-ci yerdədir. Komanda bu mövsüm artıq 5-ci ev oyununda uduzur.

Milli.Az