8 Martda ictimai nəqliyyat niyə qadağan edildi? - VİDEO

5 Mart 2021 15:44

Ölkədə əmək müqaviləsi ilə çalışan işçi sayı 1 milyon 691 min nəfərdir. Onlardan 455 min nəfəri Bakıdakı,  275 min nəfəri isə regionlardakı qeyri-dövlət sektorunda fəaliyyət göstərir. Bu sektorda isə heç də hər kəsə birgünlük bayramlarda istirahət imkanı verilmir. Üstəlik, fərdi sahibkar kimi fəaliyyət göstərən, dükanda, bazarda, irili xırdalı ticarət obyektlərində çalışanlar üçün bayram günləri, əksinə daha sıx iş günü hesab olunur. Bir sözlə, avtobusların işləməməsi yalnız istirahət edənlərə təsir etməyə bilər. Amma bayram günü də işləməli olanlar heç də az deyil.

Milli.Az sözügedən qərarın verilmə zururəti ilə bağlı ARB kanalının hazırladığı süjeti təqdim edir:

Milli.Az