Nəsrinin adından saxta səhifə açılıb

5 Mart 2021 10:14

"Yasak elma" serialında rol alan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə sosial şəbəkədə adına saxta hesab açıldığı barədə xəbərdarlıq edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa bu bərədə instaqram hesabında məlumat verib:

"İnstaqramdan başqa heç bir sosial şəbəkədə hesabım yoxdur. Xüsusən də tvitterdə adıma açılan və yazılan dəxlisiz sözlərə inanmayın".

Milli.Az