Avstraliya hakimiyyəti Norfolk adasında sunami təhlükəsi barədə xəbərdarlıq edib

5 Mart 2021 08:28

Avstraliya Dövlət Tsunami Xəbərdarlıq Mərkəzi ölkənin şərqində Pasifik Okeanında yerləşən Norfolk adası sakinlərinə sahil ərazilərini tərk edib yüksək ərazilərdə qalmağı tövsiyə edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kermadek arxipelağının sahillərində Sakit Okeanda baş verən bir sıra zəlzələlərdən sonra qurumun saytında bildirilib.

Bildirilib ki, Norfolk adasının sularında yerli vaxtla saat 10: 00-dan etibarən sunami, yüksək dalğalar, güclü okean axınları və daşqın təhlükəsi var:

"Evakuasiya zəruri deyil, lakin sahilyanı əraziləri sakinlərinə tövsiyə olunur ki, [okean] sahilindən mümkün qədər uzaq dursun".

Milli.Az