Kanadada "Johnson & Johnson" peyvəndini bir neçə gün ərzində təsdiqləyəcəyini deyiblər

5 Mart 2021 08:52

Kanada Səhiyyə Nazirliyi "Johnson & Johnson" tərəfindən hazırlanan koronavirusa qarşı peyvəndin ölkə ərazisində istifadəsini yaxın bir neçə gündə təsdiq edəcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin nümayəndəsi Supriya Şarma bildirib.

Onun sözlərinə görə, "Johnson & Johnson" peyvəndinin nazirlik mütəxəssisləri tərəfindən araşdırılması çox yaxşı gedir:

"Yaxın bir neçə gün ərzində yekun qərarın veriləcəyini gözləyirik".

Milli.Az