Binəqədidə yataqxanada baş verən yanğın söndürüldü - YENİLƏNİB - VİDEO

5 Mart 2021 09:40

09:40

Bakı şəhərinin Binəqədi rayonunda məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli yataqxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, binanın damında taxta konstruksiyalardan ibarət artırma tikililər 50 kv.m sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

---------

07:22

Bakının Binəqədi rayonunda yanğın başlayıb.

Milli.Az bildirir ki, əraziyə yanğından mühafizə bölmələri cəlb edilib.

Bəxtiyar Umarlı
Milli.Az