Mənsimovun azadlığa çıxma xəbəri Türkiyədə TRENDƏ ÇEVRİLDİ - FOTO

4 Mart 2021 23:43

Xəbər verdiyimiz kimi ötən gün İstanbul Baş Prokurorluğu məhbus kimi mühakimə olunan Mübariz Mənsimovun sərbəst buraxılmasını istəyib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, azərbaycanlı iş adamının azadlığa çıxacağı ilə bağlı xəbər bu gün Türkiyə gündəmində ən çox müzakirə edilən mövzu olub. Belə ki, "#MubarizGurbanoğluSuçsuz" haştaqı "Twitter"in Türkiyə seqmentində trendə çevrilib.

Qeyd edək ki, Mübariz Mənsimov martın 5-də azadlığa çıxacaq.

Milli.Az