Azərbaycan millisi Belarus yığması ilə qarşılaşacaq

4 Mart 2021 20:42

Futbol üzrə Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi dəqiqləşib.

Milli.Az AFFA-ya istinadla xəbər verir ki, millimiz iyunun 2-də Minskdə Milli Olimpiya Stadionunda Belarus yığması ilə qarşılaşacaq.

Oyunun başlanma saatı hələ müəyyənləşməyib.

Milli.Az