Əfv Komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

4 Mart 2021 19:24

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Milli.Az