Ramos "Atalanta"ya qarşı oynayacaq?

4 Mart 2021 18:50

"Real"ın müdafiəçisi Serxio Ramos Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atalanta"ya qarşı cavab oyunu üçün heyətə qayıda bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb. Hazırda ispan futbolçunun zədəsini sağaltmağa davam etdiyi bildirilib.

Qeyd edək ki, İtaliya klubuna qarşı cavab oyunu 16 martda keçiriləcək. Bu komandalar arasında ilk matçda "Real" 1:0 hesabı ilə qalib gəlib.

Milli.Az