Sabah 5 müxalifət partiyası YAP-a qoşulacaq

4 Mart 2021 16:04

Yeni Azərbaycan Partiyasının sabah keçiriləcək qurultayına dair maraqlı məlumatlar əldə olunub. Ölkə gündəminin əsas mövzularından olan qurultayla bağlı bütün xəbərlər hazırda informasiya məkanında liderlik edir.

Milli.Az-a bildirir ki, musavat.com-un əldə etdiyi məlumata görə, Azərbaycanın müxalif cizgili, yaxud da müstəqil sayılan 5 partiyası sabahkı qurultayda Yeni Azərbaycan Partiyasına qoşulacaq.

- Azərbaycan Demokratik Sahibkarlar Partiyası, sədri Qasım Qasımov,

- Azərbaycan Kəndli Partiyası, sədri Məmməd Məmmədov,

- Azərbaycan Xalq Demokratik Partiyası, sədri Rafiq Turabxan,

- Azərbaycan Yurddaş Partiyası, sədri Gülay Quliyeva.

- Azərbaycan Milli Qurtuluş Partiyas, sədri Vüqar Oruc.

Partiyaların dördü də qoşulma proseduru üçün özlərinin müvafiq qurultaylarını keçirdiblər.

Milli.Az