Yunanıstanda daha bir zəlzələ oldu

4 Mart 2021 18:00

Yunanıstanda növbəti zəlzələ hadisəsi baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, təbiət hadisəsi Laris şəhərindən yaxınlığında yaşanıb. Yer silkələnməsi Rixter şkalası ilə 4.3 balla qiymətləndirilib.

İtki və dağıntılarla bağlı məlumat verilməyib.

Qeyd edək ki, dünən də Laris yaxınlığında 5.9 ballıq zəlzələ olmuşdu.

Milli.Az