Yük qatarının 44 vaqonu relsdən çıxdı

4 Mart 2021 17:38

ABŞ-ın Kaliforniya ştatında dəhşətli qəza baş verib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb.

Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib. Hadisə ilə bağlı istintaq başlayıb.

Milli.Az