Yeni avtomobillərin gömrük rüsumu ilə bağlı VACİB AÇIQLAMA

4 Mart 2021 14:49

Elektrik avtomobillərinin rəsmiləşdirilməsi zamanı gömrük rüsumları digər mallarda olduğu kimi elektron bəyannamə əsasında dəyərinə görə hesablanır.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki, bunu brifinqdə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib.

"Bu zaman əlavə dəyər vergisi hesablanır. Digər vergilər hesablanmır. Bunlar azad olunmadır. Vətəndaş, yaxud sahibkar elektron şəkildə bəyənnaməsini edir və ödəməni həyata keçirir.

Bu proses yarım saat da çəkə bilər, bir saat da. Bizim xüsusi olaraq yeni avtomobillərlə bağlı problemlərimiz yoxdur", - Səfər Mehdiyev bildirib.

Milli.Az