Aygün Səmədzadənin mahnısını oxuyan erməni cəzalandırıldı - VİDEO

4 Mart 2021 14:38

Xalq artisti Aygün Səmədzadənin bəstəsi olan "Bakinskiy roman" ətrafında yaranan qalmaqal sona çatıb. Belə ki, Qismətin ifa etdiyi musiqi bir müddət əvvəl erməni müğənni Monika Nazaryan tərəfindən mənimsənilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sözügedən ifaçı bəstəni ifa edərək klip çəkdirib.

Nəğmənin dünyavi instansiyalarda rəqəmsal qeydiyyatından sonra Nazaryan hər yerdə "Ban" olunub, dijitallardan və yutubdan tamamilə silinib. 

Məlumatı müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yayıb. 

Milli.Az