“Milliön” yeni əskinasları niyə qəbul etmir? - VİDEO

4 Mart 2021 16:52

Yaxın günlərdə bütün "Milliön" ödəmə terminalları dövriyyə buraxılan yeni əskinasları qəbul edə biləcək.

Milli.Az xəbər verir ki, bu barədə ARB 24-ün "İşgüzar səhər" verilişinə açıqlamasında "Milliön" müştəri xidmətlərinin rəhbəri Ülviyyə Əfəndiyeva deyib.

O bildirib ki, bunun üçün artıq əksər aparatlara proqram təminatı yüklənib:
"Ölkə ərazisində 3000-ə yaxın ödəmə terminalı var. Texniki xidmət tərəfindən fiziki olaraq hər kioska bir-bir proqram təminatı yükləndiyi üçün bu, bir az vaxt alan prosesdir.

Buna baxmayaraq, əksər kiosk və bankomatlara proqram təminatı yüklənib və demək olar ki, proses yekunlaşmaq mərhələsindədir. Biz sürətlə ödəmə terminallarına bu proqram təminatını yükləyirik".

Milli.Az