Suriyadan Türkiyəyə keçməyə çalışan 9 nəfər saxlanıldı

4 Mart 2021 16:41

Qanunsuz yollarla Suriyadan Türkiyəyə keçməyə cəhd göstərən 9 nəfər sərhəddə saxlanılıb.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi "Twitter" səhifəsində məlumat verilib.

Bildirilib ki, Suriya ilə həmsərhəd olan Mardinin Kızıltepe ilçəsində qanunsuz yollarla Suriyadan Türkiyəyə keçmək istəyən 9 şəxs yaxalanıb.

Araşdırmalar nəticəsində məlum olub ki, onlardan ikisi PKK terror təşkilatının üzvüdür. Hazırda araşdırmalar davam etdirilir.

Milli.Az