Ərdoğana ağır itki üz verdi - FOTO

4 Mart 2021 13:08

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın müəllimi Məhmət Yahya Kutluoğlu həyatını itirib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu gün 90 yaşlı müəllimin səhhəti ağırlaşıb və həkimlərin müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Kutluoğlu Türkiyənin sevilən simalarından olub. O "Hatipliler" dərnəyinin qurucusu və ilk rəhbəri olub. Məhmət Yahya Kutluoğlu dini fəaliyyəti ilə də seçilib.

Milli.Az