Xudafərin gömrük postunun açılması ilə bağlı danışıqlar gedir

4 Mart 2021 12:51

Azərbaycanla İran arasında Xudafərin gömrük postunun açılması barədə fikirlər var.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, İran İslam Respublikası ilə Azərbaycan arasında yeni gömrük postunun açılması ehtimalı var: "Danışılqar gedir, iki ölkənin gömrük qurumları və digər qurumlar arasında danışıqlar gedir. Nə vaxt açılacağı ilə bağlı konkret tarix demək olmaz, ancaq iş gedir".

Milli.Az