Aİ mikrosahibkarlığın inkişafına 277 min manatdan çox investisiya ayırıb

4 Mart 2021 16:14

Bu günədək Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanın regionlarında dayanıqlı mikrosahibkarlığın inkişafının sürərtləndirilməsi" layihəsi çərçivəsində 113 nəfərə 277,78 min manat investisiya kapitalı ayrılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) layihə meneceri Sevinc Rüstəmova həmin layihə ilə bağlı yekun konfrans zamanı deyib.

Onun sözlərinə görə, regionlarda maliyyə dəstəyi alan şəxslərin 64 faizini qadın sahibkarlar təşkil edir:

"Layihə çərçivəsində 125 iş yeri açılıb, 202 ailə gəlirlərini artırıb, 76 müəssisə fəaliyyətini genişləndirib, 37 sahibkar öz biznesini işə salıb".

Milli.Az