Gömrük Komitəsinə yeni bina tikilir

4 Mart 2021 12:13

Dövlət Gömrük Komitəsinin (DGK) yeni inzibati binasının tikintisi uğurla davam etdirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu DGK sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev deyib.

O qeyd edib ki, yeni binanın təməli ötən il qoyulub:

"Yeni inzibati binanın tikintisi ötən ildən başlanılıb və uğurla davam etdirilir. Bir neçə ilə bu layihə uğurla başa çatdırılacaq".

Milli.Az