Ağalarovun partisinə kimlər gəldi? - FOTO

4 Mart 2021 15:24

Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən "Jara" beynəlxalq musiqi festivalı ilə bağlı parti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, Moskvada keçirilən "Жара Music Awards" üçün Ağalarov yeni açdığı restoranını seçib.

Pandemiya ərəfəsində olan dəbdəbəli gecəyə Rusiya şou-biznesinin bir çox tanınmış siması qatılıb.

Qeyd edək ki, "Jara" musiqi festivalı bir neçə ildir Bakıda keçirilir. Ötən il pandemiyaya görə təxirə salınan tədbirin bu ilin yayında keçirilməsi planlaşdırılır.

Milli.Az