Rusiyanın bir neçə aviaşirkəti Azərbaycana müntəzəm aviareyslərin keçirilməsi üçün icazələr alıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, verilən icazələrə əsasən "Red Wings" şirkəti həftədə iki dəfə Moskvanın Jukovski hava limanından Bakıya, "Azimut" şirkəti həftədə üç dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirmək üçün icazə alıb.
"Uralskie avialinii" şirkəti həftədə üç dəfə Rostov-Bakı, Novosibirsk-Bakı, Perm-Bakı, Krasnoyarsk-Bakı, Kalininqrad-Bakı, Nijni Novqorod-Bakı, Həştərxan-Bakı və Ufa-Bakı marşrutu üzrə uçuşlar keçirəcək.
Bundan başqa, "Severnıy veter" aviaşirkəti həftədə iki dəfə Mineralnıye Vodı-Bakı və Mahaçqala-Bakı marşrutu ilə reyslər keçirə biləcək.
Eyni zamanda "Azur Eyr" aviaşirkətinin Ufa-Bakı, Rostov-Bakı və Samara-Bakı marşrutları üzrə uçuş icazələri geri çağırılıb.
Milli.Az