YAP-ın qurultay nümayəndələrindən koronavirus testi götürülür

4 Mart 2021 13:56

Yeni Azərbaycan Partiyasının (YAP) martın 5-də keçiriləcək növbədənkənar qurultayının nümayəndələrindən koronavirus testi götürülür.

Milli.Az APA-ya istinadən bildirir ki, qurultay nümayəndələri bu gün yeni növ koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tibbi test yoxlanışından keçməyə başlayıblar.

Qeyd edək ki, YAP-ın VI qurultayı 2018-ci il fevralın 8-də keçirilib.

Milli.Az