Bakıda peyvənd olunacaq müəllimlərin sayı açıqlandı

4 Mart 2021 10:29

Bakı şəhəri üzrə təhsil işçilərinin koronavirusa qarşı vaksinasiyası aparılır.

Milli.Az Trend-ə istinadən bildirir ki, 50 yaşdan yuxarı olan təxminən 20 min müəllim və texniki işçi vaksinasiyadan keçəcək.

Bunun üçün Bakıda 5 məktəb mərkəz kimi təşkil edilib.

Qeyd edək ki, Azərbaycanda vaksinasiya prosesinə yanvarın 18-dən start verilib. İlk olaraq tibb işçiləri, daha sonra isə risk qrupuna daxil olan digər şəxslər və yaşı 50-dən yuxarı olanlar cəlb olunub.

Milli.Az