"Forsaj"ın aktyorundan maraqlı paylaşım - FOTO

4 Mart 2021 13:01

Hazırda dünyanın ən çox qazanan aktyoru olan Dveyn Conson sosial şəbəkə paylaşımı ilə maraq doğurub.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, kürəyinə banka etdirən aktyorun yarıçılpaq fotosu sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Qeyd edək ki, "Forsaj", "Jumanji" filmlərinə çəkilən aktyorun ötən ilki gəliri 97 milyon dollardan çox olub. "The Rock" adı ilə tanınan aktyor həmçinin, 187 milyon izləyicisi olan rəsmi hesabında bir paylaşım üçün 1 milyon dollar qonorar alır.

İsmayıl
Milli.Az