Neft bahalaşıb

4 Mart 2021 10:33

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,76% artaraq 1 barelə görə 64,56 dollar təşkil edib.

Milli.Az APA-ya istinadən bildirir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,69% artaraq 61,7 dollar təşkil edib.

Milli.Az