"Payitaht Abdülhamid" reytinq qurbanı oldu

4 Mart 2021 10:06

Türkiyənin reytinqli seriallarından olan "Payitaht Abdülhamid" final qərarı alıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, buna səbəb isə 4 ildir "TRT" kanalında yayımlanan ekran işinin reytinq cədvəlində geriləməsi olub.

Serial 155-ci bölümü ilə ekranlara vida edəcək.

Qeyd edək ki, "Payitaht Abdülhamid"də baş rolu aktyor Bülent Ünal canlandırır.

Milli.Az